FİFA ABŞ senatorlarının daha bir cəhdini rədd edib
Bakı, 2 aprel, AZƏRTAC
FİFA Rusiya Federasiyasını 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyindən məhrum etməyə çalışan ABŞ senatorlarının daha bir cəhdini rədd edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ABŞ-ın 13 senatorunun Rusiyanın 2018-ci ildə futbol üzrə dünya çempionatında ev sahibi olmaq hüququndan məhrum edilməsi barədə xahişini rədd edib.
Assoşieyted Press agentliyi FİFA-nın mətbuat katibi Deliya Fişerin aşağıdakı sözlərini sitat gətirir: “İdman turnirlərinin boykot edilməsi, habelə təcridçilik və ya qarşıdurma siyasəti problemlərin həllinin heç də ən səmərəli üsulları deyildir. Turnirin keçirilməsi isə xalqlar və hökumətlər arasında konstruktiv dialoqa güclü təkan verər, habelə sosial dəyişikliklərə müsbət təsir göstərər”.
FİFA-nın cavabında deyilir: “Futbolu bütün problemlərin, o cümlədən dünya siyasəti ilə bağlı problemlərin həlli metodu hesab etmək olmaz. Biz artıq görmüşük ki, dünya çempionatı xeyirxahlıq mənbəyi ola bilər. FİFA inanır ki, Rusiyada keçiriləcək turnir də məhz belə olacaq”.
Xatırladaq ki, Amerikanın Respublikaçılar və Demokratlar partiyalarını təmsil edən 13 senatordan ibarət qrup FİFA-nın prezidenti Yozef Blatterə məktub göndərərək Ukraynada yaranmış vəziyyətlə əlaqədar RF-ni futbol üzrə dünya çempionatı keçirmək hüququndan məhrum etməyə və çempionata ev sahibliyi edəcək yeni ölkənin müəyyən olunması üçün səsvermə keçirməyə çağırıb.
“Reuters” agentliyi həmin müraciətin məzmununu sitat gətirir: “2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməsi Putin rejiminin prestijini lüzumsuz olaraq möhkəmlədəcək, halbuki həmin rejimi pisləmək lazımdır. Bundan əlavə, dünya çempionatının keçirilməsi əlavə iqtisadi imkanlar yaradır. Halbuki dünya birliyinin xeyli hissəsi RF-yə qarşı iqtisadi sanksiyalar tətbiq edib”.
FİFA-ya müraciətin müəlliflərindən biri - ötən çərşənbə günü dələduzluqda ittiham edilmiş senator Robert Menendesdir. Müraciəti imzalayan senatorlar arasında Con Makkeyn, Lindsi Qrem, Marko Rubio və Mark Kirk də var.
Amerikalı respublikaçı senatorlar Mark Kirk və Den Kouts hələ keçən ilin mart ayında buna oxşar bir cəhd göstərmişdilər. Onlar Blatterə məktub göndərərək Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar, Rusiyanın FİFA-da üzvlüyünün dayandırılması məsələsinə bu qurumun növbədənkənar iclasında baxılmasını tələb edirdilər. Bundan əlavə, senatorlar israr edirdilər ki, Rusiya 2018-ci ildə dünya çempionatını keçirmək hüququndan məhrum olunsun və Rusiya yığması həmin turnirin iştirakçıları sırasından çıxarılsın.
O vaxt FİFA Kirkə və Koutsa rədd cavabı vermişdi. FİFA-nın cavab məktubunda deyilirdi: “FİFA üzvü olan ölkələrin yığma komandalarının dünya çempionatında və ya FİFA-nın himayəsi ilə keçirilən başqa yarışda iştirak etməsi idman meyarlarından asılıdır. Hər hansı ölkənin FİFA-da üzvlüyünün dayandırılması və ya yarışda iştirak etməkdən kənarlaşdırılması üçün yalnız FİFA-nın qayda və qanunlarının pozulması əsas ola bilər”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10