[ 02 Aprel 2015 15:06 ]
Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, əməkhaqqı artımı cədvəlini faiz göstəriciləri ilə təqdim edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hesablamalara əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əməkhaqqı 30-40 faiz, 32,7 faizinin əməkhaqqı 20-30 faiz, 7,1 faizinin əməkhaqqı 15-20 faiz həcmində artıb.
Cədvələ əsasən, Bakı məktəblərinin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 0,1%-i 0-5%, 0,7%-i 5-10%, 3,2%-i 10-15%, 7,1%-i 15-20%, 32,7%-i 20-30%, 43,3%-i 30-40% həcmində artıq əməkhaqqı alacaq. 12,8% müəllimlərin əməkhaqqındakı artım 40%-dən yuxarı olacaq.