İmişlidə bıçaqlanma hadisəsi baş verib
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mart ayının 31-də İmişli şəhərində şəhər sakini Mehdi Hüseynov münaqişə zəminində qohumu Mirzə Hümbətova bıçaqla xəsarət yetirib.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.

Milli.Az