Bakı sakini Rza Axundov ona məxsus "Mercedes" markalı avtomaşından oğurluq edilməsi barədə polisə müraciət edib.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni tötməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Rövşən Ağayev, Elçin Bayramov və Yaqub İbrahimov tutulublar.