Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Rabitə” komandası “Lokomotiv”lə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində “Lokomotiv” qələbə qazanıb. Lakin digər 3 setdə “Rabitə” üstün oyun nümayiş etdirərək rəqibini 3:1 (22:25, 25:19, 25:23, 26:24) hesabı ilə məğlub edib.