Bakı, 1 aprel, AZƏRTAC
“Rela Madrid” klubu “Porto” komandası ilə Danilonun transferini həll edib.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı braziliyalı müdafiəçinin keçidi ilə bağlı xəbər klubun rəsmi saytında yerləşdirilib. Madrid təmsilçisi “Porto”ya 31 milyon avro ödəyəcək. Danilo iyunun 30-dan etibarən “Real”ın futbolçusu olacaq. Müqavilə 2021-ci ilədək nəzərdə tutulub.
Müdafiəçi cari mövsümdə Portuqaliya çempionatında çıxdığı 23 oyunda 3 qol vurub.