Manatın taleyi necə olacaq?
ANS PRESS-in məlumatına görə, E.Rüstəmov deyib: "Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır.”
Virtualaz.org Mərkəzi Bank rəhbərinin fikirlərini təhlil edib. O vurğulayıb ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil. Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə hazırda 2-3 əsas valyuta satan şirkət var – Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30% möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük.
Mərkəzi Bank sədri daha bir mənfi tendensiyadan – Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam etməsindən danışıb. Onun sözlərinə görə, fevral ayında milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 mlrd. dollardan çox valyuta satışı həyata keçirib. Başqa sözlə, bu, təkcə devalvasiyadan sonra Mərkəzi Bankın strateji valyuta rezervlərinin daha 1 milyard dollar azalması deməkdir.
Ondan əvvəl isə Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün ay yarım-iki ay ərzində 2 milyard dollardan çox vəsait satışa çıxarmışdı.
E.Rüstəmov bildirib ki, dollarlaşma prosesinin aprel-may aylarında da davam edəcəyi gözlənilir: “Lakin daha aşağı səviyyədə olacaq və səngiyəcək.”
Mərkəzi Bank rəhbəri bu il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmədiyini bildirib: “Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir.”
Bu isə o deməkdir ki, Mərkəzi Bank il ərzində daha bir kəskin devalvasiyanı istisna etmir. Bu da dünya bazarlarında neftin növbəti dəfə kəskin ucuzlaşmasından və makroiqtisadi göstəricilərə mənfi təsir edən digər amillərdən asılı ola bilər.
Qeyd edək ki, neftin qiymətinə dair əksər proqnozlar neqativdir. Yaxın Şərqdəki bütün təlatümlərə, hər gün minlərlə neft tankerinin keçdiyi Ədən körfəzində -Yəməndə gedən müharibəyə baxmayaraq neftin qiymətində kəskin artım baş vermədi, əksinə, azalma müşahidə edilir.
Doğrudur, əsas proqnozlara görə neftin qiyməti il ərzində Elman Rüstəmovun dediyi kimi 50-55 dollar arasında dəyişək. Lakin “Bloomberg” agentliyi bu günlərdə dəhşətli proqnoz verərək neftin 20 dollara qədər ucuzlaşa biləcəyini də göstərib. Bu isə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün fəlakət deməkdir.
Əgər neftin qiymətinin 50-55 dollar səviyyəsində qalacağına dair proqnozlar təsdiqlənsə və iqtisadiyyatda dollarlaşma tendensiyası E.Rüstəmovun proqnozlaşdırdığı kimi aprel-may aylarında səngisə, o zaman Mərkəzi Bankın daha bir devalvasiyaya qərar verməyəcəyi təxmin edilir.
Lakin dollarlaşma tendensiyası səngiməsə və Mərkəzi Bank manatın indiki kursunu saxlamaq üçün valyuta rezervlərindən daha böyük vəsaitləri xərcləməli olsa, həmçinin neftin qiymətləri daha aşağı həddə gəlib çatsa, o zaman yeni devalvasiya qaçılmaz olacaq.
Gələn il isə belə görünür ki, kəskin devalvasiya qaçılmaz ola bilər. Çünki Mərkəzi Bank rəhbəri bildirib ki, 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti indiki kimi 90 dollar yox, 50 dollar götürüləcək.
Bəs bu nə demək olacaq? O demək olacaq ki, gələn ilin büdcə gəlirlərinə dair proqnoz kəskin azalacaq, deməli xərclər də kəskin azaldılmış olacaq. Bu isə iqtisadiyyatda geriləmə, makroiqtisadi göstəricilərin bir az da pisləşməsi və növbəti kəskin devalvasiya riski deməkdir.
Görünür, Mərkəzi Bank məhz gələn il üçün manatın kursunu sərbəst buraxmağı planlaşdırır.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10