Beləliklə, “HOREX Caucasus 2015” sərgisində Azərbaycan, İtaliya, Koreya, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri təqdim olunur. Sərgi iştirakçıları arasında “Asena”, “Ateşe Makine Kazan”, “Billur MS”, “Coffee Planet Azerbaijan”, “Günəş”, “HoReCa”, “Hotstar”, “HRS” (“Hotel & Restaurant Systems”), “Hurom”, “Inter Isi”, “Refra” ASC, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “RULOPAK Hijyen Sistemleri”, “Zama” və başqa şirkətlər yer alır.
Sərginin ziyarətçiləri qismində mehmanxana, ticarət və mətbəx avadanlıqları üzrə distribütor və istehsalçılar, habelə rəhbər şəxslər, marketinq, eləcə də restoran, mehmanxana və spa mərkəzlərinin tədarük menecerləri dəvət olunub. Həmçinin, şadlıq sarayları, supermarketlər, iaşə xidmətləri, istirahət ocaqları, sağlamlıq mərkəzləri, fitnes klublar, sanatoriya və biznes mərkəzlərinin tədarük üzrə menecerləri də sərginin ziyarətçiləri arasında olacaq.