Ötən gecə saat 02 radələrində Gəncə şəhərində zəhərlənmə hadisəsi qeydə alınıb.

Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, şəhər sakini, 17 yaşlı Famil Vəliyev yaşadığı evin vanna otağında dəm qazından zəhərlərnib.  O dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.  Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardımdan reanimasiya şöbəsinə yerləşdirilən xəstə həyatı təhlükədən xilas olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az