Bu gün Bakı səhəri dəhşətli intihar hadisəsi ilə açıb. Saat 9:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində orta yaşlı qadın özünü hündürmərtəbəli binadan atıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən Milli.Az-a bildirildi ki, qadının kimliyi bilinmir. Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Gülər
Milli.Az