“Real”ın mərkəz müdafiəçisi Serxio Ramosun gələcək taleyinə aydınlıq gəlib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu klubu ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu klubu ilə yeni müqavilə bağlamağa hazırlaşır.
“Mançester Siti”, “Çelsi” və PSJ kimi komandalardan təklif alan 29 yaşlı oyunçu Madrid klubunu tərk etmək fikrində deyil. Ramos yerli mətbuata açıqlamasında yaxın vaxtlarda yeni müqavilə imzalayacağını bildirib. Onun “kral klubu” ilə hazırkı anlaşması isə 2017-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Serxio Ramos bu mövsüm “Real”da 31 oyun keçirib, 6 qola imza atıb.
Milli.Az
Milli.Az