Cəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub
Milli.Az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun anspress-ə verdiyi məlumata görə, daxil olan məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.

Məlumata əsasən, polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.

Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq 135 qram heroin, 1 kq 30 qram tiryək, 805 qram marixuana olub.

Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov "Dedektivpress" qazetinin şöbə müdiridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az