A.Quliyev bildirib ki, bu oyunların ölkəmizdə keçirilməsi bir çoxlarını narahat edir. Onun sözlərinə görə, Azərbaycanın uğurlarına sevinməyənlər ən müxtəlif üsullara əl atırlar, qarayaxma kampaniyasına başlayıblar.
Əvvəla, mən, əlbəttə, mümkün istiqamətdə bunlara fikir verilməsinin tərəfdarı deyiləm. Lakin belə qarayaxmalar, kampaniyalar da cavabsız qalmamalıdır. Bunların arxasında kimin, hansı qüvvənin durduğu bizə gün kimi aydındır. Burada bilavasitə Ermənistan və erməni lobbiçilərinin maliyyə dəstəyi var. Ona görə də, biz buna təbii baxmalıyıq. Azərbaycan bütün bu çətinliklərə, hazırda bölgədə baş verən hadisələrə baxmayaraq, yüksək səviyyədə sözügedən yarışlara ev sahibliyi edəcək. Bu yarışların da keçirilməsi Azərbaycana çox böyük inam və etimad gətirəcək" - deyə, A.Quliyev vurğulayıb.
Milli.Az