Abşeron yarımadasında dəyişkən buludlu hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 31-də temperatur gecə 2-4˚, gündüz 5-9˚ isti olacaq.

Azərbaycanın rayonlarında da martın 31-də havanın yağıntılı keçəcəyi, dağlıq və dağətəyi bölgələrdə sulu qar, qar yağacağı, gündüz bəzi yerlərdə yağıntının kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə 0-5˚, gündüz 7-12˚ isti, dağlarda gecə 1-6˚ şaxta, gündüz 0-5˚ isti olacaq.
Mənbə
ANS PRESS