Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.
A.Paşazadə bildirib ki, XX əsrin əvvəllərində baş verən soyqırım təkcə Azərbaycana qarşı deyil, bütün türk xalqına qarşı törədilmişdi: "Təkcə Azərbaycanda deyil, Türkiyədə də çoxlu insanlar bu soyqırıma məruz qalmışdılar. Bakı, Şamaxı, Lənkəran, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə törədilən qırğınların təsiri bu gün də özünü göstərir. Bu hadisələr zamanı 12 minə yaxın insan öldürülüb, minlərlə insan itkin düşüb. Məqsəd isə ermənilərin Qara dənizdən Xəzər dənizinədək "Böyük Ermənistan" dövləti yaratmaq xülyası idi".
Qeyd edək ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə keçirilən tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, İslam Universitetinin müəllim-tələbə heyəti, din, elm və ictimai xadimlər də qatılıblar.
Milli.Az