[ 30 Mart 2015 11:02 ]
Bakı. Fərid Mirzəyev – APA. Aprelin 8-dən 12-dək Qubada “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq konfrans keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans AMEA Rəyasət Heyəti aparatı və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.