Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam rayonunun Güllücə kənd sakini, 1963-cü il təvəllüdlü Gəray Hidi oğlu Paşayevin idarə etdiyi “Oka” markalı avtomobil yoldan çıxaraq çəpərə dəyib. Sürücü hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə sürücünün ürəyində yaranan problem səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az