ABŞ tədqiqatçıları insan nəcislərindən qiymətli metal hasil etmək yollarını araşdırırlar.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, məsələni təhlil edən qrup bildirir ki, təbii tullantıların tərkibindəki qızılın konsentrasiyası bu metalın kommersiya məqsədli hasılatını səmərəli edir.

Qızıldan başqa insan nəcislərində palladium və vannadium kimi qiymətli metallar var.

Araşdırmanın təfərrüatları ABŞ Kimya Cəmiyyətinin (ACS) toplantısında açıqlanıb.
Mənbə
ANS PRESS