Ötən gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda 5-ci tur oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra yığmamızın futbolçusu Qara Qarayev fikirlərini açıqlayıb. Yarımmüdafiəçimiz evdəki qələbəni belə şərh edib:

"Seçmə mərhələnin 4 oyununda məğlub olmuşduq. Artıq bu görüşdə dönüş etmək istəyirdik. Buna nail olduğumuz üçün şadam. Bizə inanaraq stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm. Baş məşqçi bizə tapşırmışdı ki, çalışdığımız qədər topu özümüzdə saxlayaq. Rəqib futbolçular meydanın mərkəzində çoxluq təşkil edirdi. Belədə hər dəfə irəli oynamaq mümkün deyildi. Top bizdə qaldıqda rəqib daha çox qaçırdı. Beləcə yaxşı hücumlar qurmaq imkanımız olurdu."


All Goals - Highlights | Azerbaijan 2-0 Malta... by EuropeanLeagueLiveGoal
Mənbə
ANS PRESS