Azərbaycan çempionatı vaxtı baş vermiş ölüm hadisənin təfərrüatları açıqlanıb
Onun sözlərinə görə, hadisə vaxtı rəhbərlik etdiyi idman qurğusunda eyni vaxtda 3 növ - pankration, üzgüçülük və sambo üzrə yarış keçirilib. M.Eyvazov hadisənin ani baş verdiyini bildirib: "Mən olaydan xəbər tutanda gördüm ki, idmançını maşına qoyub poliklinikaya aparırlar. Huşunu itirdiyi vaxt isə ona ilkin tibbi yardım göstərilərək, naşatır spirti verilib. Poliklinika yaxınlıqda olduğundan, "Təcili yardım" maşınının idman zalının çölündə gözlədilməsinə ehtiyac olmayıb. Elə özləri tez maşına qoyaraq aparıblar".
M.Eyvazov bildirib ki, kompleks rəhbəri olaraq, yarış zamanı baş verənlərə cavabdehlik daşımır: "Biz yarışın keçirilməsinə şərait yaradırıq, təşkilatçı isə Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasıdır".
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov "Report"a açıqlamasında hamının xoşagəlməz hadisədən təsirləndiyini bildirib: "Biz dövlət qeydiyyatından keçmiş federasiyayıq və artıq 8-ci ildir çempionat keçiririk. Pankration isə peşəkar yox, həvəskar idmançılar arasında keçirilir. Bu dəfə də idmançılar yarışa çıxmzdan öncə tibbi arayış almışdılar. Bu, hamının başına gələ biləcək bir qəzadır. Hamımız hadisədən təsirlənmişik, başımızı itirmişik. Valideyni də deyir ki, oğlumun 27 yaşı var, yarışa gedib. Başına belə iş gəlib".
A.Əsgərov hadisəni belə nəql edib: "Dünyasını dəyişən idmançı Ramin Zeynalovun rəqibi sumqayıtlıdır. Hər ikisi idmançıdır, uşaq deyil, 27 yaşları var. Müxtəlif idman növləri üzrə medal və diplomlarla təltif olunublar. 18-dən aşağı yaşları olsaydı, deyərdik ki, yarışa aldadıb çıxarıblar. Həkimdən də tibbi arayışları var idi. Hadisə də hansısa zərbə nəticəsində yox, güləşdikləri vaxt baş verdi. Kadrlar internetə qoyulub. O biri bunun ayağına girdi və yıxıldılar. Bu zaman rəqibi onun sinəsi üstünə düşdü. Həkimlər də gələrək, ilkin tibbi yardım göstərdirlər".
Federasiya rəsmisinin sözlərinə görə, "Təcili yardım" maşını gələnədək idmançını özləri yaxınlıqdakı poliklinikaya aparıblar: "Ora getdiyimiz vaxt "Təcili yardım" maşını gəldi. "Təcili yardım" qapının ağzında dayana bilməz ki... Hansı yarışda "Təcili yardım" maşını çöldə dayanır? Maşın gələnədək özümüz çölə çıxardıq ki, bəlkə ürəyi sıxılıb, hava alsın. Oradan da poliklinikaya apardıq. Həmin vaxt hələ keçinməmişdi. Biz kömək göstərmək istədik".
Hazırda faktla bağlı araşdırmanın getdiyini deyən A.Əsgərov hər şeyə ekspertiza rəyindən sonra aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51