Cəlilabad rayonunda vətəndaşa məxsus yaşayış evində yanğın baş verib
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konustruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az