Sabah Azərbaycanda hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Bakı və Abşeron yarımadasında havanən temperaturu gecə 6-8˚, gündüz 9-11˚ isti olacaq.

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8˚ isti olacaq.

Mənbə
ANS PRESS