Bakı, 28 mart, AZƏRTAC
On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olublar.
Yığmamızın üzvü Aqşin Hüseynov oyunun 1-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.