Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Bunu birjalardakı vəziyyətlə bağlı verilən məlumatlar təsdiq edir.

ANS PRESS-in məlumatına görə, bu gün Brent markalı neftin bir barel üçün dəyəri 0,29% düşərək 55,14 dollara, WTI markalı neftin qiyməti isə 0,34% düşərək 47,35 dollarda qərarlaşıb.

Xatırladaq ki, ötən gün Brent markalı neftin bir barel üçün dəyəri 55,55 dollar, WTI markalı neftin qiyməti isə 46,9 dollar təşkil edib.


Mənbə
ANS PRESS