Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.

Qol.az-ın məlumatına görə, “Erciyəsspor”un çalışdırıcısı Mehmet Özdilək komandasının uğursuz çıxışları səbəbindən istefa verib.

Superliqanın 17-ci turu ərəfəsində “Ərciyəsspor”da fəaliyyərə başlayan Özdilək Kayseri təmsilçisini 9 oyuna çıxarıb. Bu matçlardan yeddisində uduzan komanda iki  qələbə qazanıb.

Qeyd edək ki, “Erciyəsspor” 20 xalla 16-cı sırada qərarlaşıb.

Milli.Az