Ukraynanın məşhur idman portalı "Stadium" 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi stadionlar barədə məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, turnirin qrup oyunlarının keçiriləcəyi Bakı Olimpiya Stadionunun 68 min tamaşaçı tutumuna malik olduğu vurğulanıb.

Avropa Çempionatının keçiriləcəyi arenalar arasında tamaşaçı tutumuna görə "Uembli" stadionu birinci yerdədir. Bu arenanın tamaşaçı tutumu 100 min nəfərdir.

Həmin stadionların görüntülərini təqdim edirik:

1. “Uembli” stadionu (London, İngiltərə)

2. “Bakı Olimpiya” stadionu (Bakı, Azərbaycan)

3. “Alyanz Arena” (Münhen, Almaniya)

4. “Roma Olimpiya” stadionu (Roma, İtaliya)

5. “Zenit-Arena” stadionu (Peterburq, Rusiya)

6. “Amsterdam Arena” (Amsterdam, Hollandiya)

7. “San Mames Barria” (Bilbao, İspaniya)

8. “Brüssel” stadionu (Brüssel, Belçika)

9. “Aviva” stadionu (Dublin, İrlandiya)

10. “National Arena” (Buxarest, Rumıniya)

11. “Hampden Park” stadionu (Qlazqo, Şotlandiya)

12. “Ferenc Puskas” stadionu (Budapeşt, Macarıstan)

13. “Parken Arena” (Kopenhagen, İrlandiya)





































































Mənbə
ANS PRESS