AVRO-2016-nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.

ANS PRESS-in məlumatına görə, Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.

Qeyd edək ki, Emil U-21-in martın 22-dən 28-ə qədər Bakıda keçirilən toplanışına dəvət almışdı. Hazırda A millimizdə ondan başqa daha iki qapıçı var: Kamran Ağayev (Kayserispor) və Andrey Popoviç (Sumqayıt).
Mənbə
ANS PRESS