[ 24 Mart 2015 13:55 ]
Bakı. Fuad Cəfərov - APA. Ağstafa sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 21-də Ağstafa rayonunun Poylu kəndində yaşayan Ömər Məmmədov evindən termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib və martın 22-də orada ölüb.