[ 24 Mart 2015 13:17 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-də saat 17:00 radələrində Xətai rayonunun Yusif Səfərov küçəsində Bakı şəhər sakini İbrahimxəlil Həsənov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Qulam Göyüşovu vurub. Xəstəxanaya yerləşdirilən Q.Göyüşov orada ölüb.

 

Araşdırma aparılır.