Bakı, 24 mart, AZƏRTAC
Tunisdə paralimpiyaçılar arasında atletika üzrə Qran-pri yarışlarında Azərbaycan milli komandası iki medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nüvəatma idman növündə 13,63 metr nəticə ilə Rasim Babayev qızıl, diskatma yarışlarında 31,77 metr göstərici ilə Mehman Ramazanov gümüş medala sahib olublar.