3 avtobus və bir yük avtomobili toqquşub
Peruda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Anspress-in məlumatına görə, Cənubi Amerika ölkəsi olan Peruda 3 avtobus və bir yük avtomobilinin toqquşması nəticəsində 36 nəfər dünyasını dəyişib.

“Huarmey əyalətində baş verən qəzada 100-ə yaxın adam yaralanıb, vəziyyəti ağır olan 70 nəfər helikopterlə paytaxt Limadakı xəstəxanalara çatdırılıb”, - deyə polis nümayəndəsi Corc Flores bildirib.

Qəza sərnişin avtobuslarından birinin qarşı tərəfdən gələn avtobusun yoluna çıxması və daha sonra zəncirvari qəzanın yaranması nəticəsində meydana gəlib.

Milli.Az