[ 23 Mart 2015 09:20 ]
Bakı - APA. Bakının Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.