Bu gün dünyanın gözü Azərbaycanda olacaq

IV enerji sammiti Bakıda IV beynəlxalq enerji sammiti öz işinə başlayıb. Zirvə görüşündə iştirak etmək üçün 22 ölkənin prezidentləri və dövlət rəsmiləri Bakıya gəlib.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, hazırda sammitdə ilk çıxışı Azərbaycan Prezidenti İlham Əliyev edir. Dövlət başçısı mötəbər toplantı iştirakçılarını salamlayıb və çıxışını ingilis dilində davam etdirir.

Zirvə görüşünün gündəliyi energetika nazirlərinin dünənki konfransında dəqiqləşdirilib. Sammitdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması, qaz təminatı, yeni enerji dəhlizlərinin yaradılması diqqət mərkəzində olacaq.

Mütəxəssislər sammitin Bakıda keçirilməsini qlobal iqtisadi böhran dövründə Azərbaycanın dünyanın diqqət mərkəzin olmasının göstəricisi sayırlar. Ümumi rəyə görə, Avropa dövlətləri neft-qaz təhlükəsizliyi strategiyasını Azərbaycanın enerji siyasəti üzərində qururlar.

Pərvin Abbasov