Bakı, 22 mart, AZƏRTAC
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan yığma komandası yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Budaq Nəsirovun vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb.