Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ucar rayonunun Boyat kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 137 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.