Qurban Qurbanov Prosineçki haqda: "Dəyişməlidir"
- Bizə çatan məlumata görə, Quintanadan sonra yenə hücumçu axtarışınızı davam etdirirsiniz. Son günlər Türkiyə millisinin sabiq üzvü Gökhan Ünalla danışıqlar apardığınız deyilir...
- Açığı, konkret bu futbolçu haqda məlumatım yoxdu. Amma hücumçu axtarışında olduğumuz doğrudu.
- Danışıq apardığınız futbolçular var?
- Var.
- Tanınmış futbolçulardı, ya necə?
- O qədər də yox. Çünki tanınmış futbolçunun qiyməti də yüksəkdir və bizim üçün bir az ağır olar.
- Daniel Subotiçlə bağlı məsələ nə yerdədi? O, özü verdiyi açıqlamasında “Qarabağ”da oynamaq istədiyini bildirdib. Amma eyni zamanda deyib ki, bunun üçün təklif də olmalıdı. Bu futbolçu ilə danışığınız olmayıb?
- Yox, bu futbolçu ilə danışıq aparmamışıq.
- Yeni transferiniz Quintana Bakıya qayıtdıqdan sonra kollektiv məşqlərə qoşulacaq, yoxsa onun üçün fərdi plan hazırlamısınız?
- Ölkəsinə getməmişdən öncə kollektiv məşqəd iştirak edib. Geri qayıtdıqdan sonra ola bilsin bir-neçə gün fərdi məşq etsin, amma sonra yenidən kollektivə qoşulacaq.
- Qarşıdan Malta ilə oyun gəlir. Sizcə, Robert Prosineşki nəyisə dəyişə biləcək?
- Dəyişməlidi. Yazılanlara, danışılanlara və futbolçulardakı özünəinama baxsaq buna ümid yaranır. Çünki hamı qələbəyə köklənib.
- U-17-nin Avropa çempionatının elit raundakı bərbad çıxışının səbəbini nədə görürsünüz? Bizim gənc futbolçular indidən bu cür hesablarla uduzurlarsa, gələcəkdə onlardan nə gözləyə bilərik?
- Gəlin belə danışaq da. 1-2 ay bundan qabaq hamı U-17-dən danışırdı. İndi bir oyun uduzdu deyə qiymət verə bilmərik. Futbolda düşünmədiyin o qədər nəticələr olur ki. Bəzən ən böyük klublar da böyük hesabla uduzur. Əgər U-17-i bundan qabaq uğur qazanıbsa, deməli, eyni uğuru yenə gözləmək lazımdı. Həm də rəqiblər çox güclüdü. Xorvatiya futbolçu istehsalında öndə gedən ölkələrdəndi. Avropanın bütün iddialı klublarında xorvatlara rast gəlmək olar.
- Biz neyləməliyik ki, biz də o cür olaq?
- Hər şey yavaş-yavaş olur. Düşünürəm ki, ildən-ilə işimizi stabilləşdirməliyik. Bu gün Xorvatiyanın uşaq futbolunu özümüzlə yan-yana qoya bilmərik. Biz daha çox iş görməli, infrastrukturu daha da yaxşılaşdırmalıyıq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51