Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az