Bakı, 20 mart, AZƏRTAC
Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Avropa Liqasının dörddə bir final oyunları bu cür müəyyənləşib: “Dnepr” (Ukrayna) – “Brügge” (Belçika), “Dinamo Kiyev” (Ukrayna)-“Fiorentina” (İtaliya), “Volsburq” (Almaniya) – “Napoli” (İtaliya), “Sevilya” (İspaniya) - “Zenit” (Rusiya).
İlk matçlar aprelin 16-da, cavab oyunları isə aprelin 23-də keçiriləcək.