Hindistanda imtahan zamanı valideynlər uşaqlarına kömək etmək üçün binanın divarlarına çıxıblar.

ANS PRESS-in məlumatına görə, hadisənin görüntüləri ölkə telekanallarında yayımlanıb.

1,4 milyon şagirdin iştirak etdiyi imtahandan valideynlərin hərəkətinə görə, Hindistan Təhsil Nazirliyinin qərarı ilə 600 şagird uzaqlaşdırılıb.

Bihar əyalətində 10-cu siniflərin imtahanı zamanı valideynlər ovladlarına "şparqalka" ötürmək üçün binaya dırmaşıblar və həmin "şparqalka"ları pəncərələrdən şagirdlərə ötürüblər.

Hadisə nəticəsində 20-dən çox valideyn polis tərəfindən saxlanılıb.







Mənbə
ANS PRESS