Mərdəkanda parkda üç gün əvvəl meyiti tapılan şəxsin kimliyi məlum olub.
Martın 17-də parkda meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində istirahət parkında meyiti tapılmış şəxsin Bakı şəhər sakini Rövşən Sərxanlı olduğu müəyyənləşdirilib.
Milli.Az