Bakı, 19 mart, AZƏRTAC
Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin ikinci qrupunun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, martın 19-da “Bakcell Arena”da Azərbaycan yığması ikinci matçında Portuqaliya millisi ilə qarşılaşıb və millimiz 0:3 hesabı ilə məğlub olub.
Bundan əvvəl isə Xorvatiya və Serbiya yığmaları üz-üzə gəlib. Bu görüşdə Xorvatiya millisi rəqib qapısından üç cavabsız top keçirib.
Qeyd edək ki, millimiz ilk oyunda Xorvatiya futbolçuları ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə məğlub olub.