“Shamkir Chess-2015” turnirində oynanacaq partiyalar birbaşa yayımlanacaq
Bakı, 19 mart, AZƏRTAC
“Synergy Group”un təşkilatçılığı ilə aprelin 16-da keçiriləcək, Vüqar Həşimovun xatirəsinə həsr olunacaq şahmat üzrə “Shamkir Chess-2015” super turniri ilə bağlı bir sıra məsələlər artıq həllini tapıb.
AZƏRTAC xəbər verir ki, ötən il olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess-2015” üç dildə yayımlanacaq. Azərbaycan dilində partiyaları vaxtilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Partiyaları rus dilində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku, ingilis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeniy Miroşniçenko şərh edəcəklər.
Dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maksim Vaşi-Lagrav, o cümlədən azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirində qalib adi uğrunda mübarizə aparacaqlar. Bu “Shamkir Chess-2015”in dünyada geniş yayımlanması üçün mükəmməl bir vasitə olacaqdır.
Yaxın günlərdə www.shamkirchess.az veb-səhifəsi yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super turnir ilə bağlı ətraflı məlumat, şahmatçıların Şəmkirdə keçirdikləri vaxt və eyni zamanda, oyunları birbaşa izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq, www.chess.com veb-səhifəsi də aprelin 16-26-da bu turniri birbaşa izləmək imkanı yaradacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51