Bakıda əlil vətəndaşın avtobusa minməsinə imkan verməyən sürücü işdən kənarlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Xaliq Faiq oğlu" MMC-dən məlumat veriblər.

Xatırladaq ki, bu günlərdə Bakıda avtobus sürücüsü fiziki məhdudiyyətli şəxsi gördükdən sonra avtobusu dayandırmayıb.

Bloqer Mehman Hüseynov avtobusu saxlayaraq sürücüdən bunun səbəbini soruşub və onunla mübahisə edib. Sonda sürücü qapıları açıb. Əlillər üçün nəzərdə tutulmuş hissə də açılıb. Bundan sonra fiziki məhdudiyyətli şəxs avtobusa minə bilib.

Milli.Az

Uyğun link: 

BİABIRÇILIQ: Bakıda avtobusa minmək istəyən fiziki məhdudiyyətli şəxsə sürücü görün nə elədi - VİDEO

Videonu izləmək üçün şəklə klikləyin.

фото