Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, fərmanda deyilir:

- Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında 2015-ci il fevralın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Şimali Osetiya-Alaniya Respublikasının Hökumətinə bildiriş göndərsin.
Mənbə
ANS PRESS