Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra komandamıza dəstək üçün arenaya gələn "Sector 11" və "Forza Neftçi" azarkeş qrupları meydana daxil olmaq istəyib. Polislər buna icazə verməsə də, azarkeşlər dəmir maneələrin üzərinə çıxaraq meydana axışmağa başlayıb və dəmir maneələr bu ağırlığa tab gətirməyərək sınıb. Bu qalmaqal zamanı kompleksdə çalışan bir işçinin halı pisləşdiyi üçün dərhal xəstəxanaya aparılıb.
Milli.Az