Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 4 ədəd elektrik sayğacı yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.