Bakı, 18 mart, AZƏRTAC
UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari Pyer Puarye Azərbaycana səfəri çərçivəsində martın 18-də AFFA-da olub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev qonaqlara assosiasiyanın sosial fəaliyyəti barədə geniş məlumat verib.
UNICEF təmsilçiləri AFFA-nın Futbol Akademiyasında yaradılmış şəraitlə tanış olub, “Fidan” və “Vətən” komandalarının qarşılaşmasına baxıblar. On yeddi yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri də bu qarşılaşmada iştirak ediblər.
Oyundan sonra Mari Pyer Puarye “Fidan U-13”, “Vətən U-13” və qızlardan ibarət U-15 və U-17 Azərbaycan yığma komandalarının oyunçuları ilə söhbət edib, onlara uğurlar arzulayıb.