Belaruslu futbol azarkeşlərinə stadionda priotexniki maddələrdən istifadəyə icazə verilib. "Report"un məlumatına görə, Belarus Futbol Federasiyası, klublar, Daxili İşlər NazirliyiFövqəladə Hallar Nazirliyinin birgə iclasından sonra belə qərar qəbul edilib.
Lakin azarkeşlər istədikləri priotexniki vasitələrlə stadiona daxil ola bilməyəcəklər. Tərəflər arasındakı görüş zamanı qəbul olunan qərarda Belarus DİN və FHN-in təqdim etdiyi sertifikata əsasən, kimyəvi maddələrin stadiona buraxılmasına icazə veriləcək.
Priotexniki maddənin təhlükə zonası 30 metr olarsa (fişəng), bu zaman həmin maddənin yalnız obyekt rəhbərliyinin təyin etdiyi şəxs tərəfindən istifadəsi mümkündür. Təhlükə məsafəsi 5 metrə qədər olan priotexniki vasitələrlə bütün azarkeşlər stadiona daxil ola bilər.
Bundan başqa stadionda "Alov şou"su da olacaq. Bunun üçün stadion rəhbərliyi FHN və DİN-lə birgə yer müəyyənləşdirməlidir. Həmin ərazidə yanğınsöndürən qurğuların olması vacibdir. "Alov şou"sunun keçirilməsinə martın son günlərindən başlanılacaq.