Bakıda dünən odlu silahla törədilən cinayətin təfərrüatları məlum olub. Milli.Az xəbər verir ki, dünən Nərimanov rayonu, Həsənoğlu küçəsində xırda mübahisə sonda silahlı insidentə çevrilib. Milli.Az xəbər verir ki, Kəlbəcər rayonunda anadan olmuş, hazırda isə Səbail rayonunda yaşayan Rəşad Həsənov dünən Həsənoğlu küçəsində 49 yaşlı Cəfər Ağamalıyevi ağır söyüşlərlə təhqir edib. Bu zaman Cəfər tapançasını çıxararaq qundağı ilə Rəşadın başından vurub.
Nərimanov Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) və qanunsuz odlu silah saxlama (228-ci) maddələri ilə cinayət işi başlanıb.