O, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilinə getmək istəyərkən blokda iki naməlum şəxs ona hücum edib. Onu bədəninə, sifətinə zərbələr vurmaqla yerə yıxıblar, sonra isə cibindən 225 manat, 300 dollar, 100 funt-sterlinq olan pul kisəsini götürərək qaçıblar. Q.Layle martın 16-da başına gələnlərlə bağlı polisə şikayət edib.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, əcnəbi şirkət əməkdaşının döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az